Yanvarın 20-29-da Almaniyanın paytaxtə Berlində qida, kənd təsərrüfatı və bağçılıq sahəsində ənənəvi "Beynəlxalq Yaşıl Həftə" ("International Green Week") sərgisində Azərbaycan məhsulları təqdim ediləcək.
Fins.az xəbər verir ki, bu barədə Report-a İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib.
Agentliyin təşkilatçılığı ilə sərgidə şərab, qurudulmuş meyvələr, mineral sular, ət və ət məhsulları, duz, çay və qənnadı məmulatlarının istehsalı sahəsində fəaliyyət göstərən 15 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirəcək, həmçinin sərgi ziyarətçilərinə milli mətbəximiz təqdim olunacaq.
Avropanın ən iri sərgisi hesab olunan “Beynəlxalq Yaşıl Həftə"də Azərbaycan 13-cü dəfə təmsil olunacaq.