BİZNES

19 Yanvar

İndiyədək 480-dən çox gənc KOBİA-da könüllü fəaliyyətinə cəlb olunub

2022-ci ildə 140-a yaxın gənc, indiyədək isə 480-dən çox gənc KOBİA-da könüllü fəaliyyətinə cəlb olunub.

Fins.Az xəbər verir ki, bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov yanvarın 19-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin 2022-ci il üzrə fəaliyyətinin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

O.Məmmədov bildirib ki, ötən il “KOB könüllüsü” olmuş 2 gənc, ümumilikdə isə 13 könüllü gənc agentlikdə işlə təmin olunub.