Ötən il “Startap” şəhadətnaməsi almaq üçün KOBİA-ya 98 müraciət daxil olub.
Fins.Az xəbər verir ki, bu barədə agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov yanvarın 19-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin 2022-ci il üzrə fəaliyyətinin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
KOBİA sədri qeyd edib ki, hesabat dövründə mikro və kiçik sahibkarlıq subyektlərinə 54 “Startap” şəhadətnaməsi (kənd təsərrüfatı və aqrar biznes, mobil tətbiq, fintek, onlayn platforma, innovativ həlləri özündə ehtiva edən istehsal sahələri, elektron ticarət layihələri üzrə) verilib. “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.