BİZNES

19 Yanvar

Ötən il KOBİA-ya 6300 vətəndaş müraciət edib

2022-ci ildə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) 6300-ə yaxın vətəndaş müraciət edib ki, bunların da 1200-dən çoxu KOB maraqlarının müdafiəsi ilə bağlı olub.

Fins.Az xəbər verir ki, bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov yanvarın 19-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin 2022-ci il üzrə fəaliyyətinin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

Bildirib ki, 1200-dən çox müraciətin 21,2 faizi dövlət-biznes və biznes-biznes platformaları çərçivəsində müsbət həll edilib, 64,8 faizinə qanunvericiliyin tələbləri izah olunmaqla müvafiq tövsiyələr verilib, 9 faizi aidiyyəti üzrə digər qurumlara yönləndirilib.