BİZNES

19 Yanvar

Azərbaycanlı layihə mütəxəssisi Qlobal və Asiya CEO Cəmiyyətinə üzv oldu

Azərbaycanlı layihə mütəxəssisi Vüqar Rüstəmli Dünyanın 30-dan çox ölkəsində 16,000 üzvü olan Asiya CEO Cəmiyyətinə qoşulub.

Bu barədə V.Rüstəmli özü Fins.az-a məlumat verib. O, bildirib ki, Cəmiyyət Asiya və dünyanın digər qitəsindən olan ölkələrdə yaşayan CEO və biznes peşəkarları özündə cəmləşdirir. Bu Cəmiyyətə üzv olan sahibklarlar və CEO-lar davamlı olaraq ənənəvi və onlayn formatda forumlar, konfranslar, biznes səfərləri, təcrübə mübadiləsi, və araşdırmalarda iştirak edirlər:

"Cəmiyyətə üzv olmaq həm yerli həm də regional biznes üçün yeni əməkdaşlıqların qurulması və layihələrin işlənib hazırlanması üçün əlverişli şanslar yaradır. Cəmiyyətin şəbəkəsi sayəsində dünyanın dörd bir yanında, Meksika, Avstraliya, Sinqapur, Yaponiya, Cənubi Afrika Respublikası, ABŞ və digər ölkələrdən olan şirkətlər və mütəxəssislərlə əməkdaşlıq imkanlardan maksimum yararlanmağa çalışacağıq."

Qeyd edək ki, Vüqar Rüstəmli Cəmiyyətə PMWILL-in həmtəsisçisi olaraq  qoşulub. PMWILL iki istiqamətdə fəaliyyət göstərərək konsaltinq və təhsil xidmətləri təqdim etməkdədir. Konsaltinq xidmətlərinə layihə idarəedilməsi, agile fəlsəfəsi, scrum-ın tətbiqi, dəyişikliklərin idarəedilməsi və rəqəmsal transformasiyalar daxildir. Təhsil istiqamətində isə şirkətlər və fərdlər üçün layihə idarəetməsi, PMP və PMI-ACP üzrə kurslar təqdim etməkdədir.