BİZNES

18 Yanvar

Azərbaycan Sahibkarlar Konfederasiyası adından Samsun valisi Zülkif Dağlıya təşəkkür plaketi təqdim edilib - FOTO

Türkiyənin Samsun Şəhər Turizmi Tanıtma və İnkişaf etdirmə Koordinasiya Şurasında Azərbaycan-Samsun biznes əlaqələrinin inkişafına verdiyi dəstəyə görə Azərbaycan Sahibkarlar Konfederasiyası adından Samsun valisi Zülkif Dağlıya təşəkkür plaketi təqdim edilib.

Fins.az xəbər verir ki, bir müddət əvvəl Samsunda keçirilən sağlıq turizmi forumunda gərgin iş qrafiki ilə bağlı Azərbaycan nümayəndə heyətinin təqdim etdiyi plaketi valiyə Türkiyənin Samsun Səhiyyə müdiri Muhammet Ali Oruç vermişdir.

“İclasda qardaş Can Azərbaycan ilə sağlamlıq turizmi çərçivəsində ortaq layihələrin vacib olduğu və ən qısa zamanda Bakıya nümayəndə heyətinin göndərilməsi qərara alınıb” – deyə bununla bağlı məlumatda bildirilir.

Qeyd olunur ki, Qara dənizin dünyaya açılan qapısı Samsun, isti yay və mülayim qışı ilə sağlamlıq turizmi üçün  əlverişli bir iqlimə malikdir.

“Vilayətimizdə il boyu bəzi Avropa şəhərlərinə, mövsümdə isə İraq və Küveyt kimi ölkələrə birbaşa uçuşlar, Gürcüstan və Azərbaycana quru nəqliyyatı var. Səhiyyə sərmayələrinin artması, metropollara nisbətən münasib qiymətə xidmət göstərən səhiyyə ocaqları, öz sahəsində ixtisaslaşmış səhiyyə işçiləri kimi səbəblərdən son illərdə vilayətə marağ durmadan artır. Xəstəxanalarımızın texnoloji infrastrukturu, təbii və tarixi zənginliyi Samsunu sağlamlıq turizmi baxımından cəlbedici edir”, – deyə cənab Zülkif Dağlı bildirib.

Sağlamlıq turizminin ölkələrin iqtisadiyyatına ciddi töhfələr verən strateji əhəmiyyətə malik olduğunu vurğulayan vali 2023-cü ildə sağlamlıq turizmi paket turları üçün HISER Layihəsi, Satınalma Komitələri və Ticarət Komitələri ilə sağlamlıq turizmi hədəf ölkələrində tanıtım və marketinq fəaliyyətlərinin həyata keçiriləcəyini açıqlayıb. Bu ölkələr sırasında Azərbaycan da var.