BİZNES

18 Yanvar

“Gulf Business”: “Masdar” SOCAR şirkəti ilə bərpa olunan enerji layihələrini inkişaf etdirəcək”

Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində Əbu-Dabi şəhərində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında Azərbaycan Respublikasında 2 GVt gücündə Dənizdə Külək və Hidrogen Layihələrinin işlənməsinə dair Birgə işlənmə sazişi, həmçinin 1 GVt gücündə Günəş Fotovoltaik və 1 GVt gücündə Quruda Külək Layihələrinin işlənməsinə dair Birgə işlənmə sazişi imzalanıb.

Fins.az xəbər verir ki, “Masdar”ın “Twitter” hesabında yerləşdirilən məlumatda qeyd edilir ki, sazişlər ümumi gücü 4 GVt olan quruda külək və Günəş enerjisi layihələrinin inkişafını, inteqrasiya edilmiş dənizdə külək və “yaşıl” hidrogen layihələrini əhatə edəcək.