Türkiyənin "ATIŞ YAPI Sənaye Ticarət" şirkətinin nümayəndələri İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da olub.
Fins.az-ın məlumatına görə, AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, agentliyin icraçı direktorunun müavini Zöhrab Qədirov Azərbaycanda ticarət və investisiya imkanları, qurumun fəaliyyət istiqamətləri, sahibkarlara göstərdiyi dəstək tədbirləri barədə məlumat verib.
"ATIŞ YAPI Sənaye Ticarət" şirkətinin turizm və xidmət sektoru üzrə direktoru Ramazan Özgür şirkətin inşaat, maliyyə, turizm, IT, mebel satışı sahələrində fəaliyyət göstərdiyini deyib, həyata keçirilən layihələr, eləcə də şirkətin Azərbaycanda ofisinin açılması niyyəti barədə məlumat verib.
Görüşdə "ATIŞ YAPI Sənaye Ticarət" şirkətinin ölkəmizdə fəaliyyətinin təşkili istiqamətində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.