İstanbulda keçirilən 7-ci Dövlət-Özəl Tərəfdaşlığı Həftəsi çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismaioğlu ilə görüşüb.
Fins.az-ın məlumatına görə, KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə nəqliyyat və infrastruktur sahəsində dövlət-özəl tərəfdaşlığına, Türkiyə şirkətlərinin ölkəmizdəki fəaliyyətinə, Azərbaycanda biznes qurmaq istəyən iş adamlarına KOBİA-nın göstərə biləcəyi dəstəyə dair fikir mübadiləsi aparılıb.