BİZNES

13 Yanvar

Azərbaycan sahibkarları almaniyalı iqtisadi ekspertlərlə görüşüblər

Berlin şəhərində Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Almaniyadakı nümayəndəliyi ilə Almaniya-Avrasiya İqtisadi Birliyi (AAİB) arasında görüş keçirilib.

Fins.Az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə ASK-nı qurumun Almaniya üzrə nümayəndəsi Elnur Hüseynov və alman tərəfini isə AAİB-nin icraçı direktoru Hanno Ştöker təmsil ediblər.

Görüşdə Elnur Hüseynov bildirib ki, Azərbaycana investisiya qoyulu¬şuna maraq getdikcə artır. Bununla bərabər, Azərbaycan hökuməti tərəfindən həyata keçirilən iqtisadi siyasət, aparılan islahatlar nəticəsində ölkədə güclü iqtisadi potensial möv¬cuddur. Yaradılan əlverişli biznes və investisiya mühiti, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, regionda əlverişli mövqeyə malik mühüm tranzit mərkəzi olması, insan kapitalının inkişafı da ölkəmizin investisiya qoyuluşu baxımından cəlbediciliyini artırır.

Azərbaycanda investisiya mü¬hitinin yaxşılaşdırılmasının diqqət mərkəzində saxlanılmasının nəticəsidir ki, il ərzində müasir tex¬nologiyaların və qabaqcıl təcrübənin tətbiqi sayəsində ölkəmizdə sənayeləşmə sürətlə inkişaf edib, metallurgiya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida və digər ənənəvi sənaye sahələri genişlənib, yeni sənaye sahələri yaradılıb.

Hanno Ştöker bildirib ki, Almaniya sahibkarlarının Azərbaycana marağı və investisiya istəyi az deyil. Buna real şərait, zəmin və müvafiq çağırış da var. Mövcud potensialın dəyərləndirilməsi üçün Almaniya şirkətlərinin məlumatlandırılması, bu səpkidə müxtəlif tədbirlərin həyata keçirilməsi razılaşdırılıb.