BİZNES

11 Yanvar

Sahibkarlar üçün ili əlavə xərcsiz və cəriməsiz başlamağın yolu

Hər ilin əvvəlində bütün biznes sahibləri cari ilin hədəflərini, gəlir və xərclərini öncədən planlayır. Bu planlardan biri də hər biznesin sütunu olan əməkdaşların sığortasıdır. Çünki iş yerində bədbəxt hadisə yaşandıqda bu, həm şirkət üçün, həm də işçilər üçün əlavə xərc yaradır. “İstehsalatda bədbəxt hadisə hallarından icbari sığorta haqqında” Qanuna əsaslanan “İcbari Həyat Sığortası” məhsulu isə bu təhlükəsizliyi təmin etməyə kömək edir.

Fins.Az xəbər verir ki, “PAŞA Həyat”ın təklif etdiyi bu sığorta məhsulu iş yerində baş verə biləcək bədbəxt hadisə, peşə xəstəliyi nəticəsində ölüm və ya iş qabiliyyətini itirilməsi zamanı əməkdaşlar və onların ailələrini maddi müdafiə ilə təmin edir. Nəticədə həm işçilər, həm də işəgötürənlərin heç bir xərci çıxmır. Sözügedən təminatlar təkcə ölkə ərazisində yox, bütün dünyada keçərlidir.

Qeyd edək ki, sahibkarlar “İcbari Həyat Sığortası”na qoşulmadıqları təqdirdə 5000 AZN-dək cərimə ödəməli olurlar.

VÖEN-i olan fiziki, hüquqi şəxslər və dövlət qurumları üçün nəzərdə tutulan və bütün dünyada etibarlı olan “İcbari Həyat Sığortası”na qoşulmaq və ətraflı məlumat üçün (012) 942 Çağrı Mərkəzinə və ya //icbari.pasha-life.az/ veb-saytına müraciət edə bilərsiniz.