Bu gündən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Bakıda malın mənşə ölkəsini təsdiq edən sertifikatı İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin strukturuna daxil olan “Bakı KOB evi”ndə (Bakı şəhəri, Akademik Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə ünvanında) verir.
Bu barədə Fins.az-a Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, sahibkarlar qurumun “Bakı KOB evi”ndə xidmət göstərən pəncərələrinə yaxınlaşaraq aidiyyəti üzrə müraciət edə bilərlər. İqtisadiyyat Nazirliyinin internet səhifəsində “Elektron xidmətlər” bölməsi (