“Bakı Ayaqqabı Fabriki” ASC-nin İdarə Heyətinin sədri Anar Dadaşov vəzifəsindən azad edilib.
Fins.az xəbər verir ki, səhmdar cəmiyyətinə rəhbərlik onun keçmiş direktoru Həsənəli Şahverdiyevə həvalə olunub.
"Bakı Ayaqqabı Fabriki" 2018-ci ildən fəaliyyət göstərən "ASK Ayaqqabı Fabriki" MMC-nin bazasında yaradılıb və "Azərbaycan Sənaye Korporasiyası" ASC-ə məxsus olub. Onun nizamnamə kapitalı 7 851 794 manatdır. Şirkəti ötən ilin dekabr ayında “Pepi-Əli Kəndli Təsərrüfatı” MMC özəlləşdirib.