BİZNES

02 Yanvar

Azərbaycan ABŞ-a qeyri-neft ixracından 65 mln. dollardan çox qazanıb

Azərbaycan bu ilin yanvar-noyabr aylarında ABŞ-a 65,8 milyon dollar dəyərində qeyri-neft sektoru məhsulları ixrac edib.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ölkənin bundan qazancı ötən ilin eyni dövrü ilə müqayisədə 45,8 min dollar artıb.

Əlavə edək ki, Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsi bu ilin yanvar-noyabr aylarında 525 milyon dollar dəyərində olub.