Qırğızıstanın Azərbaycanda Ticarət evi açılıb.
Fins.az xəbər verir ki, açılış mərasimində Qırğızıstanın Azərbaycandakı səfiri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, millət vəkili Musa Urud və Qırğızıstan Azərbaycan Ticarət Palatasının rəhbəri Zəfər Məmmədov iştirak edib.
Açılış mərasimində qırğız iş adamlarının nümayəndələrini ölkəmizdə salamlayan Qırğızıstan-Azərbaycan Ticarət Palatasının rəhbəri, tanınmış iş adamı Zəfər Məmmədov Qırğızıstanla Azərbaycan arasında birbaşa idxal və ixrac əməliyatları, həm də, tranzit satışlarda və beynəlxalq bazara Qırğızıstan-Azərbaycan məhsullarının çıxışını təmin edə biləcək. Zəfər Məmmədov xüsusi vurğulayıb ki, yaxın gələcəkdə iki ölkə arasındakı ticarət göstəriciləri 2022-ci illə müqayisədə 2-3 dəfə, gələcəkdə isə daha çox artması mümkündür.
Qırğızıstan Ticarət Evinin açılışında iştirak edən iş adamları və ictimaiyyət nümayəndələri vurğulayıb ki, Azərbaycan prezidentinin Qırğızıstana səfərindən dərhal sonra iş adamları arasında əlaqələr aktivləşib. O cümlədən, Qırğızıstan Azərbaycan Ticarət Palatasının rəhbəri, iş adamı Zəfər Məmmədov Qırğızıstana səfər edərək qardaş ölkənin biznes dairələri ilə əlaqələr yaradıb və genişlənməsinə nail olub. Hazırda iki ölkə arasında ticarət dövriyyəsinin qat-qat artması imkanı var.