BİZNES

29 Dekabr

Vergi Xidməti kibertəhlükəsizlik məsələləri üzrə məsləhətçi cəlb edib

Dövlət Vergi Xidməti (DVX) kibertəhlükəsizlik məsələləri üzrə məsləhətçi xidmətlərinin göstərilməsinə 364 min manat yönəldəcək.

"Fins.az"  www.etender.gov.az portalına istinadən xəbər verir ki, bu məqsədlə “KPMG Azerbaijan Limited” şirkətinin Azərbaycandakı nümayəndəliyi ilə 364,04 min manat məbləğində müqavilə bağlanıb.