"Fins.az" "FİNCO GROUP" MMC -nin Təsisçisi və direktoru , eyni zamanda "Vətən N Mühafizə Xidməti" nin maliyyə direktoru Orxan Məmmədzadənin müsahibəsini təqdim edir.
Vergi Məcəlləsində edilmiş dəyişikliklərin sahibkarlıq fəaliyyətinin şəffaflaşmasına və inkişafına hansı tövhələri verib?
Vergi ödəyicilərini ( yəni sahibkarları ) qanunvericiliyin tələblərinə uyğun olaraq iki alt qrupa bölsək yəqin ki yanılmarıq.
1.İntizamlı, qanunvericiliyin tələblərinə əməl edən sahibkarlar ;
2. Qanunvericiliyin tələblərindən yayınmağa çalışan sahibkarlar
Məcəlləyə edilmiş dəyişikliklərin hər biri mövcud qanunlar çərçivəsində fəaliyyət göstərən vergi ödəyicilərinə yeni güzəştlər, imkanlar yaratmaqla daha çox gəlir və daha çox mənfəət əldə etmək imkanı yaradır. Göründüyü kimi əsas məqsəd vergi ödəyiciləri üçün münbit şərait yaratmaqdır. Hər birimiz sahibkar olaraq fəaliyyət istiqamətimizdən asılı olmayaraq yeniliklərə və dəyişikliklərə əməl etsək daha çox mənfəət qazanmış və daha çox öz sahəmizdə inkişaf etmiş olacayıq.
Rəhbərlik etdiyiniz şirkətin əsas fəaliyyət istiqamətləri hansılardır?
Biz əsasən Vergi, Mühasibat və Kadr uçotu sahələrində fəaliyyət göstəririk.
Sizin xidmətdən istifadə sahibkarlara hansı üstünlükləri qazandırır?
Bizim ən böyük üstünlüklərimizdən biri - operativ, dəqiq və zamanında sahibkara xidmət göstərməyimizdir. Hər bir müştərimizə individaul olaraq yanaşır və qanunvericilikdə baş verən bütün dəyişikliklər ilə məlumatlandırırıq. Həmçinin Vergi, Mühasibat, Kadr uçotu, Bank və digər əməliyyatlar üzrə operatorlar təyin edirik. Bu xidmət özlüyündə müştərilərimizə daha keyfiyyətli xidmət göstərməyimizə şərait yaradır.
Azərbaycanda fəaliyyət göstərən şirkətlərin əsas zəif tərəfi hansılardır?
Əfsuslar olsunki ölkəmizdə fəaliyyət göstərən bəzi şirkət rəhbərlərinin müəssisənin uçotun-dan xəbərləri olmur və ya uçota önəm vermirlər. Lakin Mühasibat uçotu fəaliyyət istiqamətindən asılı olmayaraq hər bir müəssisənin əsas sütunudur. Praktika zamanı bir çox müəssisələrin illərdi fəaliyyət göstərməsinə baxmayaraq hec bir uçotunun olmamasına və ya uçotunun 0(sıfır) səviyyədə olmasının dəfələrlə şahidi olmuşuq. Uçotun olmaması və ya səhv qurulmuş uçotun nəticəsi sonda kameral hesablamalar və maliyyə sanksiyaları ilə nəticələnir. Bizim əsas məqsəd və hədəflərimizdən biri də bu tip müəssisələrdə yarana biləcək problemlərin həllində sahibkarlara yardımçı olmaqdır.
Şəxsən sizin fəaliyyətiniz hazırkı istiqamətdə qurmaqda əsas məqsədiniz nədir?
İqtisadiyyatının əsas bünövrələrindən olan sahibkarlıq subyektlərinin davamlılığının, dinamikasının qorunması üçün vergi uçotu,mühasibat uçotu və kadr uçotu sahələrində peşəkar,operativ,dəqiq və qərəzsiz xidmətlər göstərməkdir.
Azərbaycanda biznes və maliyyə strukturunun beynəlxalq standartlara cavab verə bilməsi,beynəlxalq idarəetmə və uçot sistemlərinin qurulması, hesabatlılıq səviyyəsinin yüksəldilməsi üçün müasir həllər təkliflər etməkdir və onları tam vicdanla yerinə yetirməkdir.
Yaxın gələcəkdə hansı yenilikləri etməyi planlaşdırırsınız?
2023-cü ilin ilin II rübündə Onlayn Mühasibatlıq platforması ilə bağlı yeni məhsulumuzu təqdim edəcəyik. Bu platforma tam olaraq həm beynəlxalq, həm də milli mühasibat uçotunun standartlarına uyğun tənzimlənmiş olacaq.
Müştəri nə üçün məhz sizi seçməlidir?
Fikrimcə, bizim əsas üstünlüyümüz kiçik və orta biznesə xidmət göstərən komandamızın böyük təcrübə və bacarığa malik olmasıdır.
Biz müştərilərimizə nəinki lazımı xidmətlərin göstərilməsi, eyni zamanda təcrübələrimizə əsasən məsləhət, tövsiyyə xarakterli təcrübələrimizi də paylaşırıq. Həmçinin yeni məhsullarımız ilə xidmət keyfiyyətimizi daima inkişaf etdiririk.
Biz yalnız sahibkar deyil, hətta biznes üçün etibarlı tərəfdaş və məsləhətçilərik. Bütün bunların hamısı bizi rəqiblərimizdən fərqləndirir. İnanırıq ki, qarşımızda qoyduğumuz bütün məqsəd və hədəflərə nail olacağıq.