BİZNES

26 Dekabr

Vergi və Mühasibatlıq Zirvəsinə biletlər artıq satışdadır!

“Rəqəmlərin ritmi” şüarı ilə 11 mart 2023-ci il tarixində “Baku Marriott Hotel Boulevard”da 600 nəfərin iştirakı ilə baş tutacaq Vergi və Mühasibatlıq Zirvəsinə iştirak üçün qeydiyyat başlayıb.

“Facemark” MMC və “Good Finance” şirkətinin təşkilatçılığı ilə keçiriləcək zirvənin əsas məqsədi Azərbaycanın vergi və mühasibatlıq bazarının mövcud vəziyyətinin təhlili, bu sahədə olan çatışmazlıqlar, onların aradan qaldırılması istiqamətləridir. Eyni zamanda, tədbirdə maliyyə, audit və idarəetmə kimi istiqamətlərin də əhatə olunduğu sahibkarlar, mühasiblər, maliyyəçilər və digər əlaqəli şəxslər arasında təcrübə mübadiləsi, maariflənmə və şəbəkələşmə ön plana çıxarılacaq. 

Bir gün və 4 paneldən (“Mühasibatlıq və Rəqəmsallaşma”, “Ziddiyyətlərin harmoniyası - rəhbər və mühasib”, “Vergi riskləri” və “Maliyyə hesabatları və audit”) ibarət olması planlaşdırılan tədbirdə kiçik və orta biznes subyektlərində çalışan mütəxəssislər, mühasib və vergilərdən məsul şəxslər, rəhbərlər, sahibkarlar, konsultantlar şirkətlərin maliyyə, mühasibatlıq, vergi, investisiya, audit departamenti əməkdaşlarının iştirakı nəzərdə tutulub.

Vergi və Mühasibatlıq Zirvəsinə bilet əldə etmək və tədbir ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün zirvənin rəsmi saytına (www.vmz.az) keçid edə və sosial media hesablarımızı izləyə bilərsiniz.

“Facebook”: //www.facebook.com/vmzbaku

“Instaqram”: //www.instagram.com/vmzbaku/ 

“LinkedIn”: https://www.linkedin.com/company/vmz-baku/?viewAsMember=true