Bu ilin yanvar-noyabr aylarında əsas kapitala yönəldilmiş vəsaitlər əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,2% artaraq 13 mlrd. 53,6 mln. manat təşkil edib.
"Fins.az" xəbər verir ki, bu barədə İqtisadiyyat Naziri Mikayıl Cabbarov rəsmi tvitter hesabında məlumat verib.
O bildirib ki, qeyrineft-qaz sektoruna yönəldilmiş vəsaitlər isə ötən ilin eyni dövrü ilə müqayisədə 24,5% artıb və 8 mlrd. 789,7 mln. manata çatıb.