BİZNES

27 İyul

Mikayıl Cabbarovdan pandemiyadan zərər çəkmiş sahibkarların kredit tələbinə verilən zəmanətlər barədə AÇIQLAMA

2020-ci il iyun ayından bu il iyulun 1-dək dövlət zəmanətli kredit və subsidiya dəstəyi çərçivəsində pandemiyadan zərər çəkmiş sahibkarların kredit tələbatı 499,8 mln. olan 2.630 müraciətinə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 291,8 mln. zəmanət verilib.

"Fins.az" xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov rəsmi tvitter hesabında yazıb. 

O bildirib ki, zəmanət verilmiş kreditlər üzrə sahibkarlara 29,9 mln.subsidiya ödənilib.

Müəllif: Aynur Qəniyeva