Bu ilin yanvar-iyun ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 2 539 750,6 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,6% çoxdur.
Hesablamalara görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 14,5% artaraq 638 310,7 min manat təşkil edib.