BİZNES

22 İyun

Azərbaycanlı CEO-ların 77%-i öz şirkətlərinin gəlirlərinin bu il artımına çox əmindirlər

Azərbaycanlı CEO-ların 77%-i öz şirkətlərinin 2022-ci ildə gəlirlərinin artım perspektivlərinə son dərəcə və ya çox əmindirlər.

"Fins.az" xəbər verir ki, bu  PwC-nin 25-ci qlobal illik CEO sorğusunun  Azərbaycan üzrə nəticələrində açıqlanıb. 

Məlumata görə,  bu da qlobal sorğunun orta göstəricisi olan 85% və Mərkəzi və Şərqi Avropa üzrə orta göstəricinin 84%-dən bir qədər aşağıdır. Maraqlıdır ki, Azərbaycanlı CEOlar Qlobal və MŞA həmkarlarından fərqli olaraq, şirkətlərinin uzunmüddətli perspektivdə gəlir artımına daha yüksək inam nümayiş etdirirlər.

Ötən il cərayan edən qeyri-müəyyənliyə baxmayaraq və ya bəlkə də bu səbəbdən, bu il Azərbaycanda fəaliyyət göstərən CEO-lar öz şirkətlərini düzgün istiqamətə apardıqlarına daha çox inam nümayiş etdirirlər.