Biz iddialıyıq ki sizin ən yaxın tərəfdaşımız olaq. Bu əməkdaşlarımızın, inkişafı, yeni əməkdaşların yetişdirilməsi, hər hansı probleminizi İT həll vasitəsilə aradan qaldırılması ola bilər.
Fins.az xəbər verir ki, bunu "Code Academy"-nin Təsisçisi və İcraçı direktoru Ülvi Aslanov həmin təhsil müəssisəsi tərəfindəntəşkil olunan "Korporativ həllərə daha yüksəklərə"adlı konfransda deyib.
O bildirib ki, Code Academy-ni yaratdan zaman biz araşdırmalarımız nəticəsində aşkar etdik ki, bir mühit içərisində bir-birini başa düşən insanlar bir araya yığıldıqda lazım olan bilikləri öyrənmək istəyənə çatdırmaq olar. CODE Academy-də biz özümüzə yaşatdığımız dəyərləri tələbələrimizə çatdırmaq istədik.
Ülvi Aslanov rəhbərlərindən biri olduğu Code Academy-nin fəaliyyətinin ilkin dövrlərindən idiyənədək müddət barədə də danışaraq "Biz ilk olaraq 18 nəfərlik qrupla başladıq. Proqramlaşdırma ilə başladıq və həmin məzunlarımız fərqli qrumlarda öz sahələri üzrə rəhbər vəzifələrdə çalışır. Biz özümüzə iş yoldaşı yetişdiririk. Ona görə də biz ekspertlərlə işləyirik"- deyə fikirlərini davam etdirib.
O eyni zamanda Təhsil Nazirliyinin xüsusi diqqətinə də toxunaraq "2020-ci ilin sonunda Code Academy Təhsil Nazirliyi tərəfindən xüsusi lisenziya ilə təmin olunmuş təhsil müəssisəsinə çevrildi. Hazırda İT bütün peşələrin içərisində var. Hər il biz partnyorluq və sinif sayımızı artırırıq"- deyə bildirib.
Müəllif: Aynur Qəniyeva