İndiyədək ölkə ərazisində 62.747 ədəd yeni nəsil NKA quraşdırılıb.
"Fins.az" xəbər verir ki, Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
Məlumata görə yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. 2022-ci ilin yanvar-may aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 8 milyard 405 milyon 425,3 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 51,1 faiz çoxdur.