2022-ci il iyun ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 2,9 faiz artaraq 684.699 olub.
"Fins.az" xəbər verir ki, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 5,7 faiz artıb və 36.666 vahid təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 1,3 faiz artaraq 185.736-a çatıb.