BİZNES

13 İyun

Qazaxıstan və Azərbaycan arasında yükdaşımalar üçün əlavə icazə blanklarının mübadiləsi həyata keçirilib

Qazaxıstan Azərbaycan, Gürcüstan və Türkiyə ilə daşımalar üçün əlavə icazə blanklarının mübadiləsini həyata keçirib.

 "Fins.az" xəbər verir ki,bu barədə Qazaxıstanın sənaye və infrastruktur inkişafı nazirinin müavini Erkebulan Dauılbayev məlumat verib.

Dauılbayev bildirib ki, bu qərar beynəlxalq yükdaşımalar bazarında mövcud vəziyyət nəzərə alınmaqla qəbul edilib.

“Beynəlxalq yükdaşımalar bazarında cərəyan edən son hadisələr nəticəsində TRACECA marşrutu (Qazaxıstan (Kurık limanı) – Azərbaycan (Bakı limanı) – Gürcüstan (Poti/Batumi limanı) – Aİ ölkələrinin limanları (Konstansa və Varna)) ilə yüklərin daşınması intensivləşib. Bununla əlaqədar tərəfimizdən Gürcüstan, Azərbaycan və Türkiyə ilə əlavə icazə blanklarının mübadiləsi həyata keçirilib. Həmçinin Latviya, Litva, Polşa, Bolqarıstan, Macarıstan və Belçika ilə də əlavə icazə blanklarının mübadiləsi istiqamətində iş aparılır”, - deyə o qeyd edib