Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ilin yanvar-may aylarında 34,9 milyard manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz çox sənaye məhsulu istehsal edilib.
"Fins.az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb.
Məlumata görə,neft-qaz sektorunda məhsul istehsalı 1,1 faiz, qeyri neft-qaz sektorunda isə 14,3 faiz artıb.
Sənaye məhsulunun 75,7 faizi mədənçıxarma sektorunda, 20,3 faizi emal sektorunda, 3,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 2,7 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 18,5 faiz artıb.