BİZNES

10 İyun

ƏAİZ-in rəhbəri Valeh Ələsgərov Çexiyada bir sıra görüşlər keçirib

ƏAİZ-in rəhbəri cənab Valeh Ələsgərovun başçılığı ilə  Ələk Azad İqtisadi Zonanın nümayəndə heyəti Çexiya Respublikasında rəsmi səfərdə olub.

"Fins.az" xəbər verir ki, səfər çərçivəsində cənab Ələsgərov müxtəlif nazirliklər, dövlət qurumları və hakimiyyət orqanları ilə bir sıra görüşlər keçirib. 

Məlumata görə səfərin ilk günü cənab Ələsgərov Çexiya Sənaye Konfederasiyasında , Çex Respublikasının Xarici İşlər Nazirliyində, Çex Ticarət Agentliyində və Çex İxrac Bankında  görüşlər keçirib. 

İkinci gün ərzində cənab Ələsgərov Çex Respublikasının Sənaye və Ticarət Nazirliyi ilə görüşmüş və biznes forumda iştirak edib. Görüşlər ƏAİZ  layihəsinə, onun unikal hüquqi bazasına, burada investorlar üçün nəzərdə tutulan güzəştlərə və stimullara həsr olunub. Forumdan sonra cənab Ələsgərov Çexiya Ticarət Palatası və İxrac Zəmanət və Sığorta Korporasiyası  ilə də görüşüb.

Səfər Azərbaycanın Çexiyadakı səfirliyinin dəstəyi ilə təşkil olunub və məqsəd ƏAİZ layihəsini avropalılar, xüsusən də çexiyalı investorlar arasında təbliğ etmək olub.