2022-ci ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2021-ci ilin yanvar-may aylarına nisbətən 12,6 faiz təşkil edib.
"Fins.az"xəbər verir ki,bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb
Məlumata görə hesabat dövründə o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,9 faiz, qeyri-ərzaq məhsulları üzrə 6,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,2 faiz artıb.