BİZNES

07 İyun

Azərbaycanın iri şirkətlər qrupu Qazaxıstandan süd məhsulları və düyü idxal edəcək-EKSKLUZİV AÇIQLAMA

Bu gün Veysəloğlu Şirkətlər Qrupuna daxil olan distribusiya şirkəti Qazaxıstanın ən böyük süd və süd məhsulları istehsalçısı olan şirkətlə əməkdaşlıqla bağlı memoərandum imzaladı.

Bunu "Fins.az"-a açıqlamasında bu gün Qazaxıstanın 2 şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayan  Veysəloğlu Distribusiya şirkətinin Satış üzrə direktor müavini Vüqar Şərifov deyib. 

O bildirib ki, əməkdaşlıq Azərbaycana Qazaxıstandan kərə yağı, quru süd, konservləşdirilmiş süd məhsullarının idxalı istehsalı ilə bağlıdır. Bununla yanaşı, digər müqavilə isə Qazaxıstanın düyü istehsalçısı olan şirkətlə bağlandı ki, bu razılaşmaya əsasən Qazaxıstanın iri düyü istehsalçısı ilə əməkdaşlıq etməyə başlayırıq. Veysəloğlu Şirkətlər Qrupu Azərbaycana Qazaxıstan istehsalı olan yumru düyünün idxalını gerçəkləşdirəcək. Bizim şirkət Hindistan, Pakistan, Rusiya,Türkiyə ilə dənli paxlalı bitkilərin idxalı üzrə əməkdalıq edir. 

Vüqar Şərifov təmsil etdiyi şirkətlər qrupunun ölkəmizin ərzaq təhlükəsizliyi üçün əhəmiyyətli addımlar atdığına da toxunaraq "Pandemiya dövründə Veysəloğlu Şirkətlər Qrupu Azərbaycanda ərzaq ehtiyatlarının yaradılmasına öz mühüm töhfəsini verib. Şirkətlər Qrupu uzunmüddətli ərzaq ehtiyatlarını Qrupa məxsus olan logistik mərkəzində  tədarük edib ki, digər ölkələrdə yaranan ərzaq qıtlığı  Azərbaycan vətəndaşlarına təsir etməsin.

Hazırda da Nazirlər Kabinetinin xətti ilə hazırda da ölkədə ərzaq ehtiyatlarının yaradılması ilə bağlı addımlar atılır. Veysəloğlu Şirkətlər Qrupunun da bu sahədə müəyyən bir öhdəliyi var və bu öhdəlik üzrə ərzaq ehtiyatlarının yaradılması ilə məşğuluq, "-deyə fikirlərini tamamlayıb. 

Müəllif: Aynur Qəniyeva