BİZNES

07 İyun

Azərbaycanla Qazaxıstan arasında iqtisadi əməkdaşlığa dair bir neçə sənəd imzalanıb

Azərbaycanla Qazaxıstan arasında iqtisadi əməkdaşlığa dair sənədlər imzalanıb

Qazaxıstanın əmtəə istehsalçılarının Azərbaycanda iqtisadi-ticarət missiyası çərçivəsində iki ölkənin müxtəlif qurumları arasında iqtisadi əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb.

"Fins.az" xəbər verir ki,  əməkdaşlığa dair ilk imzalanan sənət Qazaxıstanın “Kaztrade” Səhmdar Cəmiyyətinin ilə Gəncə İş Adamları İctimai Birliyinin arasında memorandum oldu.

 

Daha sonra müvafiq qurumlar arasında imzalanan müqavilələr arasında, həmçinin metal prokatının, günəbaxan yağının, duz və lak-boya məmulatlarının tədarükü üzrə müqavilələr də olub.

Həmçinin, iki ölkənin standartlaşdırma orqanları arasında əməkdaşlıq müqavilələri imzalanıb.