BİZNES

07 İyun

Azərbaycan-Qazaxıstan İşgüzar Şurasının tərkibi formalaşdırılıb-SƏFİR

Səfir: Azərbaycan-Qazaxıstan İşgüzar Şurasının tərkibi formalaşdırılıb

Hökumətlərarası komissiyanın ötənilki 17-ci iclasının protokolunun icrası istiqamətində Qazaxıstan tərəfi artıq Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının tərkibini formalaşdırıb. 

"Fins.az" xəbər verir ki, bunu  Qazaxıstanın əmtəə istehsalçılarının Azərbaycanda iqtisadi-ticarət missiyası və birgə biznes forumu başa çıxış edərkən Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov deyib.

Onun sözlərinə görə, Şura iki ölkə arasında müntəzəm dialoq, ikitərəfli investisiya və ticarət-iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün platforma rolunu oynayacaq.

 “Həmçinin yeni formalaşan struktur, ticarət maneələrinin aradan qaldırılması və biznes səviyyəsində problemli məsələlərin həlli üçün hökumətlərarası komissiya və dövlət qurumları üçün tövsiyələr hazırlayacaq”,- deyə səfir qeyd edib.