BİZNES

06 İyun

Nazir müavini: "İnflyasiya bəyan olunmuş səviyyədən daha yüksəkdir"

“Gəlirlərlə əlaqədar olaraq proqnozlarda biz daima konservativ yanaşma tərəfdarıyıq”.

Bunu maliyyə nazirinin müavini Azər Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

O bildirib ki, bu gün bizdə neft sahəsində verdiyimiz proqnozlarda bəyan olunmuş qiymətlər bəllidir: “Hesab edirəm ki, qiymətin yüksək istiqamətdə olmasına görə, bizim bəxtimiz gətirdi. Bunun nəticəsində əhəmiyyətli dərəcədə artımlar mövcuddur. Bu il də bu prosesin davam edəcəyini düşünürük. Bizdə müəyyən olunmuş inflyasiyanın əsas hissəsi idxal olunmuş inflyasiyadır. İnflyasiya bəyan olunmuş inflyasiya səviyyəsindən daha yüksəkdir. Hesab edirəm ki, İqtisadiyyat Nazirliyi, Dövlət Vergi Xidmətinin apardığı siyasətin nəticəsidir ki, biz bu gün tək nominal artım səviyyəsini, ÜDM-yə adekvat gəlirlərin daxil olmasını təmin edə bilərik”.

(c)APA