BİZNES

06 İyun

"Ötən il neft sektorundan 590 mln manat artıq vergi yığılıb"

Ötən il Dövlət Vergi Xidməti xətti ilə dövlət büdcəsində əlavə toplanan verginin 590 milyon manatlıq hissəsi neft sektorunun payına düşüb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev deyib.

Onun sözlərinə görə, bu isə neft sektoru xətti ilə ödəniləcək vergi məbləgi üzrə müəyyən olunmuş proqnozdan 37,5 % çoxdur.

“2021-ci ilin büdcəsi təsdiq olunanda, neftin qiyməti 50 ABŞ dolları səviyyəsində götürülməsinə baxmayaraq, faktiki olaraq orta qiyməti 71,4 ABŞ dolları təşkil edib. Nəticədə, həmin 590 milyon manat toplanan artıq vergi hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən vergi ödəyicilərinin payına düşüb”.

(c)report