Bu ilin may ayında "Android" əməliyyat sisteminin Azərbaycan bazarında payı aprel ayı ilə müqayisədə 3,9 faiz bəndi artıb.
Fins.az xəbər verir ki, bu ilin iyun ayının 1-nə "Android"in ölkənin əməliyyat sistemi bazar payı 57,4 təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 6,5 faiz bəndi çoxdur.
Aprel ayı ilə müqayisədə mayda "Microsoft Windows" əməliyyat sisteminin ölkə üzrə bazar payının həcmi 3,4 faiz bəndi azalaraq iyunun 1-nə 26% təşkil edib. Bu rəqəm ötən ilin eyni göstəricisindən 8,6 faiz bəndi azdır. "Microsoft Windows" proqram məhsulları Azərbaycanın əməliyyat sistemi bazarında ikinci yeri tutur.
Digər əməliyyat sistemləri üzrə olan pay bölgüsü: OS X – 2,18%, "Linux" – 1,7%, naməlum əməliyyat sistemləri – 1,13% və s.
© APA