Mənzillərin birdən çox vətəndaşa qanunsuz satılmasının qarşısını almaq məqsədilə yeni üsullar tətbiq ediləcək.
"Fins.az" xəbər verir ki, bu barədə suala aydınlıq gətirərkən Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin Təhlil, innovasiyalar və layihələrin idarəedilməsi departamentinin direktor müavini Rəşad Əbləsənov bildirib ki, bu istiqamətdə yeni mexanizmin formalaşması, müəyyən prosedurların elektron müstəviyə gətirilməsi istiqamətində artıq işlər aparılır.
"Bu halda təminat qeydlər mülki məcəllədə öz əksini tapıb, hansı ki, bina inşa edilmədən əvvəl və yaxud inşa edilən lən dövrdə qeydiyyatın tərkib hissəsinə uyğun olaraq öz adına sənədləşdiriləcək və daha sonra notarial qaydada satmış olacaq. Notarius tərəfindən bizim təşkilatda sənədləşdirildiyi üçün həmin əmlak, ikinci dəfə satışa çıxarıla bilinməyəcək",- deyə Rəşad Əbləsənov qeyd edib.