BİZNES

31 May

Əmlak Məsələləri Dövlət Xidməti məhkəmə iddiaları ilə bağlı açıqlama yayıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bir sıra şirkət və firmalara qarşı qaldırdığı məhkəmə iddiaları ilə bağlı son günlər bəzi kütləvi informasiya vasitələrində yayılmış məlumatlarla bağlı açıqlama yayıb.

Fins.az-ın məlumatına görə, açıqlamada deyilir ki, iddialara səbəb tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə yaranmış öhdəliklərin yerinə yetirilməməsi və qanunvericiliyə uyğun olaraq yeni icarə müqavilələrinin bağlanması tələbinə riayət edilməməsidir.

"Atılan addım icarə müqaviləsinin şərtlərinə və qanunvericiliyin tələblərinə əməl edilməsinə xidmət edir", - Dövlət Xidməti bəyan edib.