Bu ilin yanvar-aprel aylarında Azərbaycan 47,8 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib, bu da illik müqayisədə 26% azdır.
Fins.az-ın İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən verdiyi məlumata görə, 2021-ci ilin eyni aylarında qızıl ixracının ümumi dəyəri 64,6 mln. dollar təşkil edib.
Məlumata görə, aprel ayında Azərbaycan 16,9 mln. dollarlıq qızıl ixrac edib ki, bu da illik müqayisədə 20,3% azdır.