2022-ci ilin yanvar-aprel aylarında 20 iri dövlət və özəl şirkət tərəfindən Azərbaycandan qeyri-neft məhsullarının ümumi ixrac həcmi $643 milyon təşkil edib.
"Fins.az" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
Məlumata görə 2022-ci ilin yanvar-aprel aylarının yekunları üzrə dövlət şirkətləri arasında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ($208,4 milyon), özəl şirkətlər arasında isə “MKT İstehsalat Kommersiya” MMC ($65,8 milyon) qeyri-neft məhsullarının ən iri ixracatçısı olub.