2022-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycanın ixracı 11,8 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 965,5 mln. ABŞ dolları təşkil edib.
"Fins.az" xəbər verir ki, bu barədə 2022-ci ilin may ayına dair "İxrac İcmalı"-da məlumat verilir.
Məlumata görə qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 268,6 mln. ABŞ dolları və ya 38,5% artıb.