BİZNES

31 May

Orxan Məmmədov: Əlavə maliyyə vəsaitlərinin cəlb edilməsi təhsilə dövlət maliyyələşdirilməsinin azaldılmasını stimullaşdırmışdıran bir alətdir

Əlavə maliyyə vəsaitlərinin cəlb edilməsi təhsilə dövlət maliyyələşdirilməsinin azaldılmasını stimullaşdırmışdıran bir alətdir.

"Fins.az" xəbər verir ki,  bunu təhsil biznesinin problem və perspektivləri mövzusunda  ictimai müzakirədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov deyib

Təhsilin bütün mərhələlərində keyfiyyətin davamlı yüksəldilməsində və innovativ strukturların yaradılmasında əsas məsələlərdən biri də maliyyə yetərliliyinin təmin edilməsi məsələsidir.

Təhsilin bütün mərhələlərində keyfiyyətin davamlı olaraq yüksəldilməsində, təhsil müəssisələrində innovativ strukturların yaradılmasında əsas məsəslələrdən biri maliyyə yetərliliyinin təmin edilməsi məsələlərinin həll edilməsindən keçir.

Orxan Məmmədovun sözlərinə görə, son 30 ilin dünya təcrübəsi göstərir ki, təhsil müəssisələri daha çox maliyyə vəsaitləri əldə etmək üçün alternativ gəlir mənbələrindən istifadə edirlər. Belə ki, inkişaf etmiş və həmçinin inkişaf etməkdə olan ölkələrin əksəriyyətində yeni maliyyələşdirmə mənbələrinin müəyyən edilməsinə keçən əsrin 80-ci illərindən başlanılmış və nəticədə həmin ölkələrin təhsil müəssisələrinə müvafiq sahibkarlıq fəaliyyətləri ilə məşğul olmaqla əlavə gəlirlər əldə etmək üçün geniş hüquq və səlahiyyətlər verilmişdir. Nəticədə dünyanın bir sıra ölkələrinin təhsil müəssisələri yeni maliyyə mənbələrinin müəyyənləşdirilməsi hesabına öz vəsaitlərini əhəmiyyətli dərəcədə artıra bilmişlər.

KOBİA rəhbəri " Hazırda bu proses dünyada getdikcə sürətlə inkişaf edir. Onu da qeyd etmək lazımdır ki, əlavə maliyyə vəsaitlərinin cəlb edilməsi təhsilə dövlət maliyyələşdirilməsinin azaldılmasını stimullaşdırmışdıran bir alətdir,"-deyə bildirib.