Bu ilin ilk 4 ayında Azərbaycanda ümumi daxili məhsul (ÜDM) artıb.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.
Nazir qeyd edib ki, Azərbaycan iqtisadiyyatında pandemiyadan sonra qeydə alınan sürətli bərpa prosesinin davamı olaraq bu ilin yanvar-aprel aylarında ÜDM əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,2% artaraq 39 mlrd. 554,8 mln. manat, qeyri-neft-qaz sektoru üzrə isə 11,4% artaraq 19 mlrd. 469,1 mln. manat olub.
"Belə ki, 2021-ci ilin ilk 4 ayı ərzində ÜDM əvvəlki ilin yanvar-aprel aylarına nisbətən 0,2% az idi.
Qeyri-neft-qaz sektoru üzrə ÜDM isə ötən ilin həmin dövründə 2020-сi ilin yanvar-aprel aylarına nisbətən cəmi 4,1% artmışdı", - M.Cabbarov yazıb.