Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA)Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası (AFRA) ilə görüş keçirilib.
"Fins.az" xəbər verir ki görüşdə AFRA-nın İdarə Heyətinin sədri, “Novco” MMC-nin təsisçisi Fərid Novruzi və assosiasiyanın üzvləri iştirak ediblər.
Görüşdə şəxsi istifadə üçün xarici onlayn mağazalardan malların alışına vergi və rüsumların tətbiq edilməsi ilə bağlı qanunvericiliyə mümkün dəyişikliklər barədə təkliflərin hazırlanması üçün müvafiq sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maraqları ilə yanaşı, istehlakçıların da maraqlarının nəzərə alınmasına, eləcə də KOBİA və assosiasiya arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.