BİZNES

27 May

Paytaxtda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 7-%-ə yaxın ARTIB

 2022-ci ilin yanvar-aprel aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,9% artaraq 1828,8 mln. manat olub.

 "Fins.az" xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika idarəsi məlumat yayımlayıb.

Məlumata görə,hüquqi şəxslər tərəfindən əhaliyə 1396,6 mln. manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 76,4%-ni təşkil edib.