BİZNES

27 May

Elçin Məmmədov: “ƏDV geri al” layihəsi iqtisadiyyatda şəffaflaşmaya xidmət edir

“ƏDV gerial” layihəsinin işə düşməsindən 2 ilə yaxın vaxt keçir. Son illərin diqqətçəkən layihələrindən olan “ƏDV geri al” cəmiyyətdə çox populyar, eyni zamanda öz məqsədləri baxımından iqtisadiyyatda şəffaflığı təmin etməyə yönəli innovativ bir layihədir. Layihənin məqsədləri, əldə olunan nəticələrlə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin rəisi Elçin Məmmədov suallarımızı cavablandırıb:

- Elçin müəllim, “ƏDV geri al” layihəsinin tətbiqi hansı zərurətdən irəli gəlmişdi? Bu gün layihənin tətbiqindən keçən müddət ərzində demək olarmı ki, vergi xidməti bu innovativ layihədən gözlənilən nəticələri əldə edib?

- “ƏDV geri al” layihəsi iqtisadiyyatda şəffaflaşmaya xidmət edən layihələrdən biridir. İki il öncə layihənin detalları müzakirə olunarkən Dövlət Vergi Xidməti bu alətin “kölgə iqtisadiyyatı”nın miqyaslarının azaldılmasında effektiv rol oynamasını hədəfləyirdi.

Birincisi, biz biznesin işində şəffaflığın artmasına və ƏDV ödəyicilərinin real döviyyələrinin üzə çıxarılmasına nail olmaq istəyirdik. İkincisi, nağdsız hesablaşmalarda artıma nail olmağı hədəfləyirdik. Üçüncü məqsədimiz o idi ki, prosesə nəzarət vergi xidmətinə əlavə inzibatçılıq yükü yaratmasın, əksinə, vətəndaşların nağd əməliyyatların rəsmiləşdirilməsində maraqlı tərəf kimi çıxış etməsini təmin etməklə prosesə dinamiklik gətirməyi nəzərdə tuturduq. Əgər biz bu hədəflərə nail olmaq baxımından dəyərləndirsək, sualınıza cavab olaraq demək olar ki, bəli, layihəni bu sahədə effektiv hesab etmək olar.

2020-ci ilin may ayından ölkədə pərakəndə ticarət və iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılmasını nəzərdə tutan mexanizm uğurla tətbiq edilir, layihə iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm nəticələr verir. Tam əminliklə deyə bilərəm ki, vergi orqanları qarşıya qoyulan məqsədə nail olublar. Belə ki, layihənin icrası nəticəsində vergi ödəyicilərinin real dövriyyələrinin üzə çıxarılması təmin edilib. 2022-ci ilin yanvar-aprel aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 6,1 milyard manata yaxın olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 41,9% çoxdur.

2020-ci ilin may ayından ölkədə pərakəndə ticarət və iaşə obyektlərindən
alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılmasını nəzərdə
tutan mexanizm uğurla tətbiq edilir, layihə iqtisadiyyatın şəffaflaşdırılması
istiqamətində mühüm nəticələr verir. Tam əminliklə deyə bilərəm ki,
vergi orqanları qarşıya qoyulan məqsədə nail olublar.

- ƏDV-nin istehlakçılara qaytarılması ilə bağlı hazırda vəziyyət nə yerdədir? Portalda qeydiyyatdan keçənlərin sayı, vətəndaşlara qaytarılan ƏDV məbləğlərinin artım dinamikası necədir?

- Bu günədək alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün www.edvgerial.az portalında 1,7 milyona yaxın istifadəçi qeydə alınıb. “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ci ilin 1 may tarixinədək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 573.199.160 kassa çeki üzrə 228,5 milyon manata yaxın, bu ilin yanvar-aprel ayları ərzində isə 144.945.143 çek üzrə 56,5 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb. Qeyd edək ki, ötən ilin müvafiq dövründə istehlakçılara 38 milyon manata yaxın ƏDV məbləği qaytarılmışdı.

- Vətəndaşlar və biznes ictimaiyyəti tərəfindən 2020-ci ilin ən uğurlu layihələrindən biri kimi qiymətləndirilən "ƏDV geri al" ilin innovasiya mükafatını aldı. Layihənin unikallığı nədədir?

- Bir qədər əvvəl qeyd etdiyim kimi, bu layihə çərçivəsində “el gücü-sel gücü” prinsipinə əsaslanaraq vergi xidməti yeni yanaşma tətbiq etməklə ictimaiyyətlə sıx əməkdaşlıq edib. Bunun özü az-az rast gəlinən və diqqətəlayiq bir məqamdır.

Digər bir yenilik isə bu prosesdə müasir texnologiyaların tətbiqi olub. “ƏDV geri al” layihəsi 4-cü sənaye inqilabının texnologiyalarına, daha dəqiq desək, “əşyaların interneti” mexanizminə söykənir. Layihənin əsas komponentlərindən biri məhz bu amillə bağlıdır. Bildiyiniz kimi, ƏDV-nin geri qaytarılması üçün istehlakçı tərəfindən müasir dövrün atributları olan internet sayt, elektron kabinet, mobil tətbiq və QR-koddan istifadə edilməli, eyni zamanda satıcılar tərəfindən isə yeni nəsil kassalar tətbiq olunmalıdır. Məhz bu amillərin, yəni ictimai nəzarətin və müasir texnologiyaların səmərəli vəhdəti layihənin unikallığını formalaşdırır.

“ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ci ilin 1 may tarixinədək
portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 573.199.160 kassa çeki üzrə
228,5 milyon manata yaxın, bu ilin yanvar-aprel ayları ərzində isə
144.945.143 çek üzrə 56,5 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.

ƏDV-nin müəyyən hissəsinin qaytarılması üçün ilk növbədə istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs, satıcı və ya xidmət göstərən tərəf isə ƏDV ödəyicisi olmalıdır. Eyni zamanda, alınan mal və ya xidmətlər də ƏDV-yə cəlb olunmalıdır. Digər məqam satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsi ilə bağlıdır. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür. Hazırda ölkə üzrə tətbiq edilən onlayn kassaların sayı 60.355-dir.

İstehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. Nağd ödəmələr zamanı satıcı istehlakçıya onlayn nəzarət-kassa aparatının çekini təqdim edir. Malların dəyəri nağdsız qaydada ödənildikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya əlavə olaraq POS-terminaldan çıxarış da verilməlidir. Qeyd edim ki, məhz nağdsız ödəmələr zamanı daha çox vəsaitin qaytarılması nağdsız hesablaşmaların da artmasına müsbət təsir göstərib.

“ƏDV geri al” layihəsi 4-cü sənaye inqilabının texnologiyalarına,
daha dəqiq desək, “əşyaların interneti” mexanizminə söykənir.
Layihənin əsas komponentlərindən biri məhz bu amillə bağlıdır.

- Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə nəzarət-kassa aparatlarının əhatə dairəsi də genişləndirilir. Bu ildən bir sıra yeni sahələrdə “ƏDV geri al” mexanizmi tətbiq edilməyə başlanıb. Layihənin tətbiq dairəsinin genişləndirilməsi ilə bağlı nə deyə bilərsiniz?

- Əslində, layihənin əhatə dairəsinin genişlənməsi onun uğurunun danılmaz sübutudur. Əldə olunmuş uğurlara əsaslanaraq növbəti addım atılması tamamilə məntiqi bir haldır. Məhz bu baxımdan, pərakəndə ticarət və ictimai iaşədən sonra əsas diqqət tibb sahəsinə yönəlib ki, bu da başadüşüləsidir – tibbi xidmətlər üzrə göstəricilər şəffaflıq nöqteyi-nəzərindən istənilən səviyyədə deyil. Layihənin qüvvədə olduğu müddət ərzində əldə olunmuş nəticələr bu sahədə də vəziyyətin düzələcəyinə ümid etməyə əsas verir.

Onu da vurğulamaq istərdim ki, ümumilikdə layihənin tətbiqi dinamik xarakter daşıyır. Nəzarətin təmin edilməsi üçün yeni sahənin əlavə edilməsi ilə yanaşı, eyni zamanda nəzarətdə olan sahələrdə məqsədə nail olunmuş bəzi istiqamətlər üzrə müəyyən dəqiqləşmələr aparılıb. Belə ki, il ərzində bəzi mallara, o cümlədən avtomobillər, alkoqollu içkilər və tütün məmulatlarına görə ƏDV-nin qaytarılması məhdudlaşdırılıb və ya məhdudlaşdırılacaq. Bu isə malların satışı üzrə artıq yetərincə təkmil nəzarətin formalaşmasından irəli gəlir.

Əldə olunmuş uğurlara əsaslanaraq növbəti addım atılması tamamilə məntiqi bir haldır.
Məhz bu baxımdan, pərakəndə ticarət və ictimai iaşədən sonra əsas diqqət tibb
sahəsinə yönəlib ki, bu da başadüşüləsidir – tibbi xidmətlər üzrə
göstəricilər şəffaflıq nöqteyi-nəzərindən istənilən səviyyədə deyil.

- Dövlət Vergi Xidməti istehlakçıların “ƏDV geri al” sistemi ilə bağlı yaranan problemlərin aradan qaldırılması istiqamətində nə kimi tədbirlər görür, müraciətlər necə araşdırılır?

- Bilirsiniz, belə bir deyim var: “Heç nə etməyən heç bir zaman səhvə yol vermir”. Təbii ki, bu layihənin tətbiqi zamanı da istehlakçıların narazılğına səbəb olan bəzi hallar üzə çıxır. Onları 2 qrupa bökmək olar. Birincisi, texniki problemlər. Məsələn, istehlakçı ona təqdim edilən çeki portalda oxudarkən çek tapılmır və bildirişdə “Çek tapılmadı!” yazılır. İkincisi, bilavasitə vəsaitin qaytarılması ilə bağlı problemlərdir. Hər iki halda daxil olan müraciətlər qanunvericilikdə nəzərdə tutulmuş qaydada araşdırlır, mövcud problemlər aradan qaldırılır və ya istehlakçıya qaneedici məlumat verilir.

Bununla belə, yarana biləcək problemlərin qarşısını almaq məqsədilə 2021-ci ilin sonlarında Dövlət Vergi Xidməti rəisinin əmri ilə “ƏDV geri al” layihəsi çərçivəsində görülən işlərin təkmilləşdirilməsi barədə Tədbirlər Planı” təsdiq edilib. Ümumi şəkildə demək istəyirəm ki, həmin sənəddə daxil olmuş müraciətlərə səbəb olan halların diaqnostikası, onların aradan qaldırılması üçün təkliflərin hazırlanması, ƏDV-nin geri qaytarılması üzrə verilmiş imtinanın səbəbləri ilə bağlı istehlakçılarda əlavə sual yaratmayacaq şəkildə məlumatların təqdim edilməsi üçün tədbirlərin görülməsi nəzərdə tutulub. Bundan başqa, DVX-nin rəsmi internet səhifəsində “Onlayn müraciət” bölməsində ƏDV-nin qaytarılması ilə bağlı müraciət edilməsi üçün xüsusi pəncərənin yaradılması üzərində iş gedir. Riskli vergi ödəyicilərinin və istifadəçilərin məlumatlandırılması, eləcə də bu sahədə nəzarət tədbirlərinin gücləndirilməsi üçün müvafiq mexanizmin hazırlanması kimi işlərin həyata keçirilməsi də nəzərdə tutulur.“ƏDV gerial” layihəsinin işə düşməsindən 2 ilə yaxın vaxt keçir. Son illərin diqqətçəkən layihələrindən olan “ƏDV geri al” cəmiyyətdə çox populyar, eyni zamanda öz məqsədləri baxımından iqtisadiyyatda şəffaflığı təmin etməyə yönəli innovativ bir layihədir. Layihənin məqsədləri, əldə olunan nəticələrlə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin rəisi Elçin Məmmədov suallarımızı cavablandırıb:

- Elçin müəllim, “ƏDV geri al” layihəsinin tətbiqi hansı zərurətdən irəli gəlmişdi? Bu gün layihənin tətbiqindən keçən müddət ərzində demək olarmı ki, vergi xidməti bu innovativ layihədən gözlənilən nəticələri əldə edib?

- “ƏDV geri al” layihəsi iqtisadiyyatda şəffaflaşmaya xidmət edən layihələrdən biridir. İki il öncə layihənin detalları müzakirə olunarkən Dövlət Vergi Xidməti bu alətin “kölgə iqtisadiyyatı”nın miqyaslarının azaldılmasında effektiv rol oynamasını hədəfləyirdi.

Birincisi, biz biznesin işində şəffaflığın artmasına və ƏDV ödəyicilərinin real döviyyələrinin üzə çıxarılmasına nail olmaq istəyirdik. İkincisi, nağdsız hesablaşmalarda artıma nail olmağı hədəfləyirdik. Üçüncü məqsədimiz o idi ki, prosesə nəzarət vergi xidmətinə əlavə inzibatçılıq yükü yaratmasın, əksinə, vətəndaşların nağd əməliyyatların rəsmiləşdirilməsində maraqlı tərəf kimi çıxış etməsini təmin etməklə prosesə dinamiklik gətirməyi nəzərdə tuturduq. Əgər biz bu hədəflərə nail olmaq baxımından dəyərləndirsək, sualınıza cavab olaraq demək olar ki, bəli, layihəni bu sahədə effektiv hesab etmək olar.

2020-ci ilin may ayından ölkədə pərakəndə ticarət və iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılmasını nəzərdə tutan mexanizm uğurla tətbiq edilir, layihə iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm nəticələr verir. Tam əminliklə deyə bilərəm ki, vergi orqanları qarşıya qoyulan məqsədə nail olublar. Belə ki, layihənin icrası nəticəsində vergi ödəyicilərinin real dövriyyələrinin üzə çıxarılması təmin edilib. 2022-ci ilin yanvar-aprel aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 6,1 milyard manata yaxın olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 41,9% çoxdur.

2020-ci ilin may ayından ölkədə pərakəndə ticarət və iaşə obyektlərindən
alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılmasını nəzərdə
tutan mexanizm uğurla tətbiq edilir, layihə iqtisadiyyatın şəffaflaşdırılması
istiqamətində mühüm nəticələr verir. Tam əminliklə deyə bilərəm ki,
vergi orqanları qarşıya qoyulan məqsədə nail olublar.

- ƏDV-nin istehlakçılara qaytarılması ilə bağlı hazırda vəziyyət nə yerdədir? Portalda qeydiyyatdan keçənlərin sayı, vətəndaşlara qaytarılan ƏDV məbləğlərinin artım dinamikası necədir?

- Bu günədək alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün www.edvgerial.az portalında 1,7 milyona yaxın istifadəçi qeydə alınıb. “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ci ilin 1 may tarixinədək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 573.199.160 kassa çeki üzrə 228,5 milyon manata yaxın, bu ilin yanvar-aprel ayları ərzində isə 144.945.143 çek üzrə 56,5 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb. Qeyd edək ki, ötən ilin müvafiq dövründə istehlakçılara 38 milyon manata yaxın ƏDV məbləği qaytarılmışdı.

- Vətəndaşlar və biznes ictimaiyyəti tərəfindən 2020-ci ilin ən uğurlu layihələrindən biri kimi qiymətləndirilən "ƏDV geri al" ilin innovasiya mükafatını aldı. Layihənin unikallığı nədədir?

- Bir qədər əvvəl qeyd etdiyim kimi, bu layihə çərçivəsində “el gücü-sel gücü” prinsipinə əsaslanaraq vergi xidməti yeni yanaşma tətbiq etməklə ictimaiyyətlə sıx əməkdaşlıq edib. Bunun özü az-az rast gəlinən və diqqətəlayiq bir məqamdır.

Digər bir yenilik isə bu prosesdə müasir texnologiyaların tətbiqi olub. “ƏDV geri al” layihəsi 4-cü sənaye inqilabının texnologiyalarına, daha dəqiq desək, “əşyaların interneti” mexanizminə söykənir. Layihənin əsas komponentlərindən biri məhz bu amillə bağlıdır. Bildiyiniz kimi, ƏDV-nin geri qaytarılması üçün istehlakçı tərəfindən müasir dövrün atributları olan internet sayt, elektron kabinet, mobil tətbiq və QR-koddan istifadə edilməli, eyni zamanda satıcılar tərəfindən isə yeni nəsil kassalar tətbiq olunmalıdır. Məhz bu amillərin, yəni ictimai nəzarətin və müasir texnologiyaların səmərəli vəhdəti layihənin unikallığını formalaşdırır.

“ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ci ilin 1 may tarixinədək
portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 573.199.160 kassa çeki üzrə
228,5 milyon manata yaxın, bu ilin yanvar-aprel ayları ərzində isə
144.945.143 çek üzrə 56,5 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.

ƏDV-nin müəyyən hissəsinin qaytarılması üçün ilk növbədə istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs, satıcı və ya xidmət göstərən tərəf isə ƏDV ödəyicisi olmalıdır. Eyni zamanda, alınan mal və ya xidmətlər də ƏDV-yə cəlb olunmalıdır. Digər məqam satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsi ilə bağlıdır. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür. Hazırda ölkə üzrə tətbiq edilən onlayn kassaların sayı 60.355-dir.

İstehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. Nağd ödəmələr zamanı satıcı istehlakçıya onlayn nəzarət-kassa aparatının çekini təqdim edir. Malların dəyəri nağdsız qaydada ödənildikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya əlavə olaraq POS-terminaldan çıxarış da verilməlidir. Qeyd edim ki, məhz nağdsız ödəmələr zamanı daha çox vəsaitin qaytarılması nağdsız hesablaşmaların da artmasına müsbət təsir göstərib.

“ƏDV geri al” layihəsi 4-cü sənaye inqilabının texnologiyalarına,
daha dəqiq desək, “əşyaların interneti” mexanizminə söykənir.
Layihənin əsas komponentlərindən biri məhz bu amillə bağlıdır.

- Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə nəzarət-kassa aparatlarının əhatə dairəsi də genişləndirilir. Bu ildən bir sıra yeni sahələrdə “ƏDV geri al” mexanizmi tətbiq edilməyə başlanıb. Layihənin tətbiq dairəsinin genişləndirilməsi ilə bağlı nə deyə bilərsiniz?

- Əslində, layihənin əhatə dairəsinin genişlənməsi onun uğurunun danılmaz sübutudur. Əldə olunmuş uğurlara əsaslanaraq növbəti addım atılması tamamilə məntiqi bir haldır. Məhz bu baxımdan, pərakəndə ticarət və ictimai iaşədən sonra əsas diqqət tibb sahəsinə yönəlib ki, bu da başadüşüləsidir – tibbi xidmətlər üzrə göstəricilər şəffaflıq nöqteyi-nəzərindən istənilən səviyyədə deyil. Layihənin qüvvədə olduğu müddət ərzində əldə olunmuş nəticələr bu sahədə də vəziyyətin düzələcəyinə ümid etməyə əsas verir.

Onu da vurğulamaq istərdim ki, ümumilikdə layihənin tətbiqi dinamik xarakter daşıyır. Nəzarətin təmin edilməsi üçün yeni sahənin əlavə edilməsi ilə yanaşı, eyni zamanda nəzarətdə olan sahələrdə məqsədə nail olunmuş bəzi istiqamətlər üzrə müəyyən dəqiqləşmələr aparılıb. Belə ki, il ərzində bəzi mallara, o cümlədən avtomobillər, alkoqollu içkilər və tütün məmulatlarına görə ƏDV-nin qaytarılması məhdudlaşdırılıb və ya məhdudlaşdırılacaq. Bu isə malların satışı üzrə artıq yetərincə təkmil nəzarətin formalaşmasından irəli gəlir.

Əldə olunmuş uğurlara əsaslanaraq növbəti addım atılması tamamilə məntiqi bir haldır.
Məhz bu baxımdan, pərakəndə ticarət və ictimai iaşədən sonra əsas diqqət tibb
sahəsinə yönəlib ki, bu da başadüşüləsidir – tibbi xidmətlər üzrə
göstəricilər şəffaflıq nöqteyi-nəzərindən istənilən səviyyədə deyil.

- Dövlət Vergi Xidməti istehlakçıların “ƏDV geri al” sistemi ilə bağlı yaranan problemlərin aradan qaldırılması istiqamətində nə kimi tədbirlər görür, müraciətlər necə araşdırılır?

- Bilirsiniz, belə bir deyim var: “Heç nə etməyən heç bir zaman səhvə yol vermir”. Təbii ki, bu layihənin tətbiqi zamanı da istehlakçıların narazılğına səbəb olan bəzi hallar üzə çıxır. Onları 2 qrupa bökmək olar. Birincisi, texniki problemlər. Məsələn, istehlakçı ona təqdim edilən çeki portalda oxudarkən çek tapılmır və bildirişdə “Çek tapılmadı!” yazılır. İkincisi, bilavasitə vəsaitin qaytarılması ilə bağlı problemlərdir. Hər iki halda daxil olan müraciətlər qanunvericilikdə nəzərdə tutulmuş qaydada araşdırlır, mövcud problemlər aradan qaldırılır və ya istehlakçıya qaneedici məlumat verilir.

Bununla belə, yarana biləcək problemlərin qarşısını almaq məqsədilə 2021-ci ilin sonlarında Dövlət Vergi Xidməti rəisinin əmri ilə “ƏDV geri al” layihəsi çərçivəsində görülən işlərin təkmilləşdirilməsi barədə Tədbirlər Planı” təsdiq edilib. Ümumi şəkildə demək istəyirəm ki, həmin sənəddə daxil olmuş müraciətlərə səbəb olan halların diaqnostikası, onların aradan qaldırılması üçün təkliflərin hazırlanması, ƏDV-nin geri qaytarılması üzrə verilmiş imtinanın səbəbləri ilə bağlı istehlakçılarda əlavə sual yaratmayacaq şəkildə məlumatların təqdim edilməsi üçün tədbirlərin görülməsi nəzərdə tutulub. Bundan başqa, DVX-nin rəsmi internet səhifəsində “Onlayn müraciət” bölməsində ƏDV-nin qaytarılması ilə bağlı müraciət edilməsi üçün xüsusi pəncərənin yaradılması üzərində iş gedir. Riskli vergi ödəyicilərinin və istifadəçilərin məlumatlandırılması, eləcə də bu sahədə nəzarət tədbirlərinin gücləndirilməsi üçün müvafiq mexanizmin hazırlanması kimi işlərin həyata keçirilməsi də nəzərdə tutulur.