BİZNES

26 May

Bəzi siqaretlərin qiyməti qalxıb - AÇIQLAMA

Bu gün Azərbaycanda bəzi siqaretlərin qiyməti qalxıb.

Fins.az Trend-ə istinadən xəbər verir ki, qiymətlər 10-30 qəpik civarında artıb.

Satış məntəqələrindən əldə edilən  məlumata görə, qiymətlər bəzi məntəqələrdə süni şəkildə qaldırılıb.

Ümumilikdə bəzi satış məntəqələrində, əvvəlki satış qiyməti 2 manatdan yuxarı olan siqaretlər 30 qəpik, 2 manatdan aşağı olanlar isə 10 qəpik bahalaşıb.

Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq ölkəmizdə böyük siqaret istehsalçısı olan “Tabaterra” QSC-dən bildiriblər ki, müəssisədə ümumilikdə 100-dən artıq çeşid olmaqla, yerli, o cümlədən də dünyanın ən iri istehsalçıları olan “British American Tobacco”, “Japan Tobacco International”, “İmperial Tobacco Group” kimi şirkətlərə məxsus beynəlxalq brendlər istehsal olunmaqdadır.

Qurumdan bildirilib ki, “Tabaterra” QSC heç bir siqaretin qiymətini qaldırmayıb, qiymətlər süni şəkildə qaldırılıb.