İyunun əvvəlində Qazaxıstanın iş adamları biznes missiya ilə Azərbaycana səfər etməyi planlaşdırırlar.
"Fins.az" xəbər verir ki, bu barədə PwC Azerbaijan şirkəti məlumat verir.
“6-8 iyun 2022-ci il tarixində Qazaxıstanın Ticari-İqtisadi missiyası Bakıya səfər edəcək, missiyada Qazaxıstan mallarının istehsalçıları və xidmətlər təklif edənlər təmsil olunacaq”, - məlumatda qeyd olunur.
Missiyanın məqsədi – Qazaxıstanla Azərbaycana arasında ərzaq, yüngül, neft servisi, həmçinin, avtonəqliyyat, metalyayma və məişət kimya sahələrində ticarət əməkdaşlığını genişləndirməkdir.
“PwC Azerbaijan”da hesab edirlər ki, .azıstandan Azərbaycana qeyri-xammal ixracının prioritet istiqamətləri ərzaq malları və maşınqayırma mallarıdır.
“Qlobal qitisadi gündəlikdə kəskin dəyişikliklər səbəbindən və bunun nəticəsi kimi, taxıl və digər malların idaxlının məhdudiyyətləri trendinin meydana gəlməsi Azərbaycan bazarında ərzaq mallarına tələbatın artımı gözlənilir”, - “PwC Azerbaijan”ın nümayəndələri şərh ediblər.
Biznes missiyada Qazaxıstanın İKT və tikinti sektorlarının nümayəndələri, ərzaq malları istehsalçıları, həmçinin maşınqayırma şirkətləri iştirak edəcək.