Azərbaycan Respublikası Dövlət Neft Fondu fişinq hücumları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.
Fonddan bildirilib ki, son həftələr onların, eləcə də SOCAR-ın adından geniş yayılan vətəndaşların individual əsasda neft və qaz treydinqi fəaliyyəti haqqında xəbərlər, təqdim olunan müvafiq onlayn platforma tamamilə yalnışdır və həqiqəti əks etdirmir: "Bu paylaşımların ARDNF-nin fəaliyyətinə heç bir aidiyyatı yoxdur. Vətəndaşlardan fişinq məqsədi daşıyan bu cür çağırışlardan yayınmaq məqsədilə yalnız Fondun xəbər mənbələrində əks olunmuş rəsmi məlumatları izləməyi tövsiyyə olunur”.