Yeni məsafəli biznes qurma və idarəetmə həlləri tətbiq ediləcək.
"Fins.az"xəbər verir ki, bunu "Rəqəmsal sahibkarlıq və perspektiv imkanlar" mövzusunda keçirilən ictimai müzakirədə çıxış edərkən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
O bildirib ki,gələcək illərdə KOB-ların xarici bazarlara çıxışına dəstək o cümlədən xarici potensial investorlar hesabına mikrosahibkarlıq subyektlərinin sayının artması üçün yeni məsafəli biznes qurma və idarəetmə həlləri tətbiq ediləcək. Əcnəbi proqramistləri və İT mütəxəssiləri ölkəyə cəlb etmək və burada onlar üçün münbit şəraitin yaradılması istiqamətində araşdırmaların aparılması nəzərdə tutulur.
Müəllif: Aynur Qəniyeva