BİZNES

27 Aprel

Nazirdən \"13,3 milyon manat güzəştli kredit\" açıqlaması

Bu ilin əvvəlindən sahibkarlara dövlət dəstəyi çərçivəsində 368 layihənin maliyyələşdirilməsinə 13,3 milyon manat güzəştli kredit verilib.

"Fins.az" xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Nazir qeyd edib ki, güzəştli kredit ilə daha 344 yeni iş yerinin yaradılmasına imkan yaradılıb.